®Belə ki, 2025-ci ilin 9 ayı ərzində Rabitəbank 13 milyon 249 min manat xalis mənfəət əldə edib.
Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.8% artaraq 1 milyard 307 milyon manata çatıb.
KREDİT PORTFELİNDƏ MÜSBƏT DİNAMİKA
Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.1% artıb. Nəticədə ümumi kredit portfeli 953 milyon 150 min manata yüksəlib.
Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, biznes kreditləri portfeli 13.7% artaraq 431 milyon 216 min manata, o cümlədən, istehlak kreditləri portfeli 21.3% artaraq 341 milyon 804 min manata, ipoteka kreditləri isə 17.9% artaraq 180 milyon 131 min manata çatıb.
BANKDA FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRİN ƏMANƏTLƏRİ ARTIB
Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, 2025-ci ilin 9 ayı ərzində Rabitəbankda əmanətlər 15% artaraq 792 milyon 913 min manat olub.
Fiziki şəxslər üzrə əmanətlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 20.1% artaraq 550 milyon 855 min manata, hüquqi şəxslər üzrə əmanətlər isə 4.8% artaraq 242 milyon 58 min manata çatıb.
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 18.7% artaraq 99 milyon 480 min manata çatıb.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.