Rabitəbank 2026-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayib

Nəticələrə əsasən qeyd edək ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayıb. 2026-cı ilin ilk üç ayı ərzində Rabitəbankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 23 % artaraq 38 milyon 292 min manata, qeyri-faiz gəlirləri isə 16.8% artaraq 11 milyon 101 min manatı ötüb.

Rüb ərzində Bank 5,1 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.4% artım deməkdir. Bankın aktivləri isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16.4% artaraq 1 milyard 395 milyon 269 min manata çatıb.

Son xəbərlər
Digər xəbərlər