3 C
Baku
Saturday, December 14, 2024

Rabitəbank” 4,5 mln. manat məbləğində səhmin əlavə emissiyasınınn yerləşdirilməsinə başlayır

Cümə günü “Rabitəbank” 4 mln. 499 min 977,07 manat məbləğində səhmin əlavə emissiyasının yerləşdirilməsinə başlayır.

Xəbər verildiyi kimi, səhmlərin əlavə emissiyasının yerləşdirilməsi hesabına bankın nizamnamə kapitalı 9,9% – 49 mln. 999 min 977,07 manata qədər artacaq.

“15 avqust 2014-cü il tarixindən etibarən bank səhmlərin yerləşdirilməsinə başlayır”, – deyə BFB-nin nümayəndəsi bildirib.

Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 20,29 manat olan 221,783 min ədəd səhmə bölünüb.

Əlavə emissiyadan olan səhmlərin yerləşdirilməsi 2015-ci il iyulun 1-də başa çatmalıdır.
Yerləşdirmənin anderrayteri “Chelsea Capital” MMC-dir.

Hazırda “Rabitəbank”ın nizamnamə kapitalı 45,5 mln. manata bərabədir.

“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və ölkənin 20 aparıcı bankından biridir. Bankın səhmdarları 20-yə yaxın hüquqi və fiziki şəxsdir.

İnterfax.az

Son xəbərlər
Digər xəbərlər