8 C
Baku
Wednesday, December 25, 2024

“Rabitəbank” ASC III rübü xalis mənfəət ilə başa vurub

Rabitəbank 2024 cü ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Nəticələrə əsasən qeyd edək ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayır. Belə ki, 2024-cü ilin 9 ayı ərzində Rabitəbank 19 milyon 183 min manat xalis mənfəət əldə edib.

Cari ilin III rübündə Bankın aktivləri 12% artaraq 1 milyard 129 milyon manata çatıb.

KREDİT PORTFELİNDƏ MÜSBƏT DİNAMİKA

Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb. Nəticədə ümumi kredit portfeli 813 milyon 875 min manata yüksəlib.

Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, biznes kreditləri portfeli 13% artaraq 379 milyon 370 min manata, o cümlədən, istehlak kreditləri portfeli 17% artaraq 281 milyon 725 min manata, ipoteka kreditləri isə 22% artaraq 152 milyon 779 min manata çatıb.

BANKDA FİZİKİ ŞƏXSLƏRİN ƏMANƏTLƏRİ ARTIB

Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, 2024-cü ilin 9 ayı ərzində Rabitəbankda əmanətlər 9% artaraq 689 milyon 731 min manat olub.

Fiziki şəxslər üzrə əmanətlər isə 21% artaraq 458 milyon 758 min manata çatıb.

Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 28% artaraq 83 milyon 830 min manata çatıb. Qeyri-faiz gəlirləri isə 18% artımla 41 milyon 170 min manata yüksəlib.

Məcmu kapitalına nəzər saldıqda isə görürük ki, ötən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 128 milyon 336 min manat olub.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 

Son xəbərlər
Digər xəbərlər