12 C
Baku
Monday, November 25, 2024

Rabitəbank Azərbaycanda ilk zəmanətli ipoteka kreditini verdi

Rabitəbank “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu”na kredit zəmanətləri üzrə müvəkkil bank kimi secildikdən sonra banklar arasında ilk olaraq zəmanətli ipoteka krediti verdi.

İpoteka kreditini zəmanətli şərtlərindən istifadə etməklə borcalan kreditin maksimal məbləğindən faydalanmaq imkanı əldə etmişdir.

İpoteka kreditlərinə zəmanətlərin verilməsi əsas məqsədi əhalinin daha böyük təbəqəsinin ipoteka kreditlərinə çıxışını təmin etmək, eyni zamanda, kredit təşkilatlarını ipoteka kreditinin defoltu səbəbilə yarana biləcək itkilərdən qorumaqdır. İpoteka krediti üzrə zəmanətin verilməsi potensial borcalana 15%-dək olan ilkin ödənişlə ipoteka krediti almağa imkan verir.

Zəmanətin verilən adi kreditlər üzrə illik faiz dərəcəsi 7%, güzəştli kreditlər üzrə isə 3,7% təşkil edir.

Zəmanət ilə ipoteka kreditlərinin alınmasına dair daha ətraflı məlumatı www.mcgf.gov.azwww.rabitabank.com  internet səhifələrindən əldə etmək olar.

Rabitətbank ipoteka kreditləşməsi sahəsində ölkədə lider mövqelərdən birini tutur. İlin əvvəlindən bank tərəfindən 15 milyon manat məbləğində ipoteka krediti verilmişdir ki, bunun nəticəsində 200-dən çox ailə yeni mənzil sahibi olmuşdur.

25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 25 xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları barəsində daha ətraflı məlumat əldə etmək üçün www.133.az saytına daxil olmaq və ya Bankın 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Son xəbərlər
Digər xəbərlər