“Rabitəbank” ASC-nin Müştəri Xidmətləri Departamentinə yeni direktor təyin edilib.
Banker.az saytının əldə etdiyi məlumata görə, bu, Emin Kərimovdur.
Məlumata görə, E. Kərimov bu aydan etibarən Rabitəbank-da qeyd edilən vəzifədə çalışacaq.
Məlumat üçün bildirək ki, bu günə qədər Rabitə bankda bu vəzifəni müvəqqəti icraedici kimi Ülviyyə Rəsul-zadə icra edirdi.
Xatırladaq ki, bundan əvvəl, E. Kərimov, Expressbank-da departament direktor müavini kimi çalışıb.