“Rabitəbank” ASC İdarə Heyətinə yeni bir üzv seçilib. 48 yaşlı Samir Rzayev 2 ildən sonra yenidən İdarə Heyətinin üzvü seçilib.
Banker.az-ın məlumatına görə, bu “Rabitəbank”ın Müşahidə Şurasının qərarına əsasən baş tutub. O, həmçinin bankın Baş maliyyə inzibatçısdır. S.Rzayev 8 il ərzində bu bankın İdarə Heyəti sədrinin müavini (2009-2017-cı illərdə) kimi çalışıb.
Bankın İdarə Heyətinə Aydın Hüseynov 3 may 2021-ci il tarixindən sədirlik edir. Buna qədər sədr olan Elçin Qədimov isə sədrin 1-ci müavini və Baş risk inzibatçısı kimi fəaliyyət göstərəcək.
Rzayev Samir Tofiq oğlu 12 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” fakultəsini bitirib.
Bank karyerasına 1995-ci il tarixindən “Renessans” Kommersiya Bankında mühasib-əməliyyatçı olaraq başlamış, 1997-1999-cu illərdə isə həmin bankda baş mühasibin müavini olaraq çalışmışdır.
1999-cu ilin iyun-sentyabr aylarında “Bank of Baku”da “Müxbir əlaqələr” şöbəsinin rəisi olaraq fəaliyyət göstərmişdir.
2001-2003-cü illərdə “Most Bank Azərbaycan”da “Kommersiya əməliyyatları” şöbəsinin Treyderi, sonradan isə filialın Baş mühasibi və “Maliyyə” departamentinin “Mühasibatlıq” şöbəsinin Baş mühasibin müavini vəzifələrində çalışmışdır.
2003-2009-ci illərdə “Bank Standard” “Maliyyə departamentinin” Direktor müavini və “Biznes proseslər və institusional inkişaf departamentinin” Direktoru kimi çalışmışdır.
2009-2017-cı illərdə isə həmin bankın İdarə Heyəti Sədrinin müavini kimi fəaliyyət göstərmişdir.
2017- ci ildən hal-hazıradək Rabitəbank ASC-nın Baş direktoru (Maliyyə və İnfrastruktur üzrə) vəzifəsində çalışırdı.