27 C
Baku
Wednesday, June 26, 2024

“Rabitəbank” ili 11 mln. manatdan çox zərərlə tamamlayıb

“Rabitəbank” ASC 2017-ci ili də öncəki illərdəki kimi zərərlə bitirib.

Banker.az xəbər verir ki, bu barədə  “Rabitəbank”ın özü tərəfindən tərtib edilən – 1 yanvar 2018-ci il tarixinə olan maliyyə hesabatında deyilir.

Hesabata görə, ötən il ərzində bank ümümi faiz glirləri 25,513 mln. manat təşkil edib. Bu da hesabat dövründən öncəki illə müqayisədə 3,7 mln. manat, yəni, 13% az olması deməkdir.

Beləliklə, bu “Rabitəbank”da zərərlə işləyən bankların sırasına qoşulmaqla ili 11,56 mln. manat xalis zərərlə tamamlayıb. Məlumat üçün bildirək ki, bankın 2016-cı ilin audit hesabatında bankın 2015-ci ili 9,79 mln. manat və 2016-ci isə 22,62 mln. manatlıq zərər etdiyi qeyd edilib.

mzBalansı

Bank tərəfindən tərtib edilən hesabatda bildirilir ki, cəmi aktivləri 174,95 mln. manat həcmində artaraq 727,241 mln. manat olub. Bunun da 234,645 mln. manatı kredit portfelidir.

Bankın cəmi öhdəlikləri hazırda 653,852 mln. manat, cəmi kapitalı isə 73,389 mln. manat təşkil edir.

Bankın balansında yığılmış zərərin həcmi hazırda 11,563 mln. manat təşkil edir.

Qeyd edək ki, 2017-ci ilin yay aylarında Rabitəbank-ın səhmlərinin təxminən 9,8%-i satılmaqla Banka yeni səhmdar gəlmişdi. Birja əqd bağlayan tərəflər barədə məlumatı açıqlanmasa da ,nəticədə Bankın hər birinin nominal dəyəri 20,29 manat olan 414 367 ədəd səhmi “əl dəyişdirməsi” ilə (8,408 mln. manatlıq, 9,5%-lik paket) kənar investora satılıb.

Bundan əlavə ötən ilin oktyabrında Maliyyə Bazarlarına Nəzarət Palatası ( Palata) kapital dayanıqlığının artırılması istiqamətində banklar tərəfindən görülən işləri dəstəkləyərək, bankın digər bankla konsoldasiyasına müsbət hal saymışdı.

Bu məsələ ilə bağlı sorğuya cavab olaraq Palata bildirmişdi ki, bank sektorunun restrukturizasiyası çərçivəsində bankların kapital dayanıqlığının artırılması istiqamətində tədbirlər və banklar tərəfindən görülən işləri dəstəkləyir və proseslərin prudensial həyata keçirilməsinə nəzarət edəcək.

Lakin, görünən odur ki, qeyd edilən mövzu hələki gündəmdə deyil.

Son xəbərlər
 ⁠
Digər xəbərlər