“Rabitəbank” ASC rəhbərliyi tərəfindən yeni təqdim edilən “Kartmane” plastik kart məhsullarını təqdim edərkən maraqlı addım atılıb.
Banker.az bildirir ki, Bankın İdarə Heyətinin sədri Elçin Qədimov və eləcə də İdarə Heyəti üzvləri restaylinqdən sonra təqdim olunan kart məhsulunu müştərilərə birbaşa özləri təqdim ediblər.
Qeyd edək ki, bu kartın üstün cəhəti dünyanın istənilən nöqtəsində YDM-lərdə 10%-dək, kafe və restoranlarda 5%-dək, həmçinin Azərbaycandakı tərəfdaş şəbəkələrində 100-lərlə müəsisədən 30%-dək “cashback” imkanı verir.









