“Rabitəbank”ın 2021-ci ilin 4-cü rübünə faktiki işçilərinin sayı 950 nəfər olub.
Banker.az bu barədə bankın illik hesabatına istinadən xəbər verir.
2021-ci ilin 1-ci rübünə isə bankın 848 nəfər işçisi olub ki, bu da işçilərin sayının 102 nəfər artması deməkdir.
Ötən ilin 4-cü rübündə “Rabitəbank” 94 nəfəri, 3-cü rübdə 104 nəfəri, 2-ci rübdə 76 nəfəri, 1-ci rübdə isə 48 nəfəri işə qəbul edib.