1 C
Baku
Saturday, December 14, 2024

“Rabitəbank”dan kompensassiya alacaq olan müştərilərə xəbər var

Rabitəbank, Ölkə Başçısının imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, kompensassiyaya dair sms-lərin göndərilməsinə hazırlaşır.

Yaxın günlərdə Rabitəbank tərəfindən, kompensassiya alacaq olan müştərilərə SMS göndəriləcəkdir. SMS-də müştərinin yaxınlaşmalı olduğu filial, tarix və zəruri sənədlərin siyahısı yer alacaq. SMS-lərdə filiallara uyğun olaraq fərqli vaxtların təyin olunması kompensassiya alacaq olan müştərinin sırada uzun növbələrdə gözləməsinin qarşısını alaraq, xidmət keyfiyyətinin artırılması səbəbindəndir.

 

Həmçinin qeyd edək ki, müştərilər xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portaldan(https://pk.fimsa.az/az/kompensasiya) əldə edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər