17 C
Baku
Saturday, May 18, 2024

“Rabitəbank” kredit portfelini böyüdüb

“Rabitəbank” ASC-nin cəmi aktivləri 1 oktyabr 2019-cu il tarixinə 653,73 mln. manat təşkil edib, bu illik 15,33% azalma olması deməkdir. Aktivlərinin azalmasının əksi olaraq kredit portfeli illik 15,34% artaraq 325,52 mln. manata çatıb.

Banker.az bu barədə Bankın 2019-cu ilin III rübü üzrə maliyyə hesabatına istinadən xəbər verir.

“Rabitəbank”ın cəmi öhdəlikləri isə illik 17,47% azalma ilə 556,27 mln. manata düşüb. Bunun səbəbi isə öhdəliklərin əsas hissəsi olan depozit portfelinin illik 26,9% azalaraq 432,17 mln. manata düşməsidir.

Bildirək ki, bank cari ilin ilk 9 ayı ərzində 7,62 mln. manatlıq xalis mənfəət əldə edib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər