12 C
Baku
Friday, November 28, 2025

Rabitəbank maliyyə göstəricilərini açıqladı

Bank ikinci rübü 2,41 milyon manat mənfəətlə yekunlaşdırıb

Rabitəbank ASC ilin əvvəli ilə müqayisədə depozitlərini 40%, məcmu kapitalını isə 7%-dək artırmışdır.

İkinci rübün sonunda Rabitəbank ASC-nin depozitləri 40% artaraq 239 milyon AZN, məcmu kapitalı 7%-dək artaraq 63 milyon AZN və aktivləri 6%-dək artaraq 340 milyon AZN təşkil edib.

Bu göstəricilərlə yanaşı, Bank ikinci rübü 2,41 milyon AZN mənfəətlə yekunlaşdıra bilib.

Növbəti rüb ərzində bank qoyduğu hədəflərə daha inamla addımlamağı və bazarda tutduğu mövqeyi bir qədər də gücləndirməyi nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər