28 C
Baku
Friday, June 20, 2025

“Rabitəbank” mikrokredit bazarında aktivləşib: portfeli ₼125 mln. manata qaldırılıb

“Rabitəbank” ASC mikro kreditlər üzrə portfelini tarixində ilk dəfə artırmaqla 124 milyon manatın üzərinə çıxarıb.

Banker.az bankın audit hesabatına istinadən xəbər verir ki, mikrokredit aktivlərinin həcmi 2024-cü ilin əvvəlində 93.24 milyon manat olduğu halda, ilin sonuna 125.47 milyon manata qaldırıb.

Bu da illik müqayisədə 34 faiz artım deməkdir.

Bankın ümumi kredit portfelinin həcmi ilin sonuna 862.45 mln. manat olub ki, mikrokreditlərin payının 15%  olması deməkdir.

Qeyd edək ki, “Rabitəbank” tərəfindən mikrokrediti sənaye, ticarət, xidmət, istehsalat, nəqliyyat, tikinti və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə verilir. Məbləğ 500 – 100 000 manat, müddət 3–36 ay, faiz dərəcəsi illik 15–28%, güzəşt müddəti 6–12 aydır. Təminat kimi daşınmaz əmlak, avadanlıq, qiymətli metallar və ya zaminlik tələb olunur.

Kredit Növü 31.12.2024 (min ₼) 31.12.2023 (min ₼)
Korporativ müştərilərə verilmiş kreditlər
Korporativ kreditlər 289,042 253,633
Cəmi korporativ kreditlər 289,042 253,633
Fiziki şəxslərə verilmiş kreditlər
Nağd pul kreditləri 218,310 182,299
İpoteka kreditləri 155,963 136,515
Mikro kreditlər 125,470 93,236
Lombard kreditləri 47,891 37,313
İstehlak kreditləri 22,170 17,029
Kredit kartları 3,454 3,327
Avtomobil kreditləri 149 174
Cəmi fiziki şəxslərə kreditlər 573,407 469,893
Müştərilərə verilmiş ümumi kreditlər 862,449 723,526

 

Son xəbərlər
Digər xəbərlər