12 C
Baku
Wednesday, December 11, 2024

“RabitəBank” nağd pul krediti üzrə şərtlərini dəyişib

“RabitəBank” ASC-nin “Nağd pul krediti” şərtlərində yaxın günlərdə baş verən dəyişikliklərlə bağlıdır. Nağd pul krediti şərtləri ilə bağlı ümumi bazar araşdırmamızda qeyd edilən şərtlərlə cari tarixə qüvvədə olan şərtləri aşağıda müqayisəli formada diqqətinizə çatdırırıq.

Göstəricilər Köhnə şərtlər Yeni şərtlər
Kreditin maksimal məbləği 1000 AZN 3000 AZN
Kreditin müddəti 12 ay Məbləğ 1500 AZN-dək olduqda – 12 ay

Məbləğ 1501 – 3000 AZN arası olduqda – 18 ay

Kreditin illik faiz dərəcəsi 27% 12 ayadək kreditlər üzrə – 30%

13 – 18 ay arası kreditlər üzrə – 32%

Komissiya 1% 1%
Zamin Tələb edilmir Bütün hallarda tələb edilir

Cədvələ nəzər yetirdikdə məlumuz olur ki, kreditin məbləği və müddətində müsbət istiqamətdə, illik faiz dərəcəsində və zaminlik tələbində mənfi istiqamətdə dəyişiklik olmuşdur. Kreditin komissiyası isə dəyişməz olaraq qalmışdır.

Son xəbərlər
Digər xəbərlər