10 C
Baku
Thursday, December 12, 2024

“Rabitəbank” ötən il 2 dəfə artıq reklam xərci çəkib

Rabitəbank 2019-cu ilil ərzində 10,762 milyon manatlıq ümumi inzibati xərc edib ki, bu da 2018-ci il ilə müqayisədə 23% daha çoxdur.

Banker.az Bankın 2019-cu il audit hesabatına istinad edir ki, “Rabitəbank” 2019-cu il ərzində inzibati xərclərinin 1 milyon 496 min manatı reklam və marketinq xərcləri,1 milyon 262 min manatı amortizasiya, 797 min manatı ofis xərcləri, rabitə xərcləri 476 min manat və.s xərclər təşkil edib.

Bildirək ki, bankın reklam xərcləri 2018-ci illə müqayisədə ötən il 2 dəfə çoxalıb. 2018-ci ildə “Rabitəbank”ın reklam və marketinq xərcləri 710 min manat təşkil edib.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər