10 C
Baku
Wednesday, December 11, 2024

“Rabitəbank” səhmdarlarına 2021-ci illə bağlı hesabat verir

“Rabitəbank” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.

Bu barədə Banker.az-a bankdan bildirilir.

Yığıncağın gündəliyinə “Rabitəbank”ın 2021-ci maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiqi; bankın audit komitəsinin hesabatının təsdiqi və təşkilati məsələlər.

Yeri gəlmişkən, bankın 2021-ci illə bağlı maliyyə nəticələri xeyli yaxşılaşıb. Bank tarixində ilk dəfə aktivlərinin həcmi 1 mlrd. manatı ötdü. Ətraflı.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.

Bankın səhmlərinin 40.6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı, Müşahidə Şurasının üzvü), 30 %-i Validə Abbasovaya, 11.48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9.11 %-i Dilarə Nuriyevaya, 7.6 %-i Seyran Nuriyevə (Bankın Baş direktoru), 1.07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0.14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər