®”Rabitəbank” ASC Şirvan filialında yeni əlavə yerin təmir edilməsi ilə bağlı tender elan edir. Əlavə suallarınız yaranarsa, əlaqədar şəxsin elektron ünvanına yaza ([email protected] və [email protected]) və ya telefonla (+994 51 271 48 48) müraciət edə bilərsiniz. Təklifləri imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləmək, aidiyyatı tenderin adını qeyd etmək və 11.03.2024-cü il tarixi saat 12:00-a kimi “Rabitəbank” ASC-nin Baş ofisinə, Satınalmalar şöbəsinə, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərmək lazımdır.
Qeyd:
- İcra müddəti təklifdə qeyd edilməlidir
 - Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq)
 - Dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olanlar müraciət etməlidir
 - Qeyd olunan sahə ilə bağlı lisenziyası olmalıdır
 - Tövsiyə məktubları da göndərilməlidir.
 
Tenderin texniki şərtləri haqqında ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar: https://rbt.az/tndrsirvan


                                    




