28 C
Baku
Friday, June 20, 2025

“Rabitəbank” tender elan edir

®Tenderin adı: “Xankəndi filialının zəif axın (video müşahidə, yanğın siqnalı, ups və şəbəkə xəttləri) işləri”

Tenderin son tarixi: 04.07.2025, saat 17:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi və xidmət istiqaməti üzrə referansların təqdim edilməsi
  • İşin icra müddəti qeyd edilməsi mütləqdir
  • Zəmanət müddəti və texniki dəstək şərtləri
  • Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə lisenziyası və portfeli
  • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri, qeyd olunan sahə ilə bağlı lisenziyası
  • Qiymət təklifi zərfdə və möhürlü formada ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq Azərbaycan manatı ilə göstərilməlidir
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)-Lazım olduğu təqdirdə istək olunacaq
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd – Lazım olduğu təqdirdə istək olunacaq
  • Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək Rabitəbank Baş ofis, Satınalma şöbəsinə (Bakı şəh., AZ 1010, Füzuli küç. 71) göndərilməlidir.

 

Tenderin texniki şərtləri, lahiyələr, smeta haqqında məlumat üçün, [email protected][email protected] elektron poçt ünvanlarına yaza və ya +99451 271-48-48 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər