13 C
Baku
Sunday, November 24, 2024

“Rabitəbank” tender elan edir

®Tenderin adı: “Rabitəbank” ASC tərəfindən “Kaspersky Fraud Prevention (KFP) lisenziyalarının uzadılması” həllinin satın alınması

Tenderin son tarixi: 20.09.2024, saat 12:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazası
  • Təklif edilən proqramın funksionallığı və texniki göstəricilərə uyğunluğu

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat, portfolio və s.)
  • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri 
  • Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına  göndərilməlidir.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99451 270 72 20 nömrəsinə müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər