21 C
Baku
Friday, October 4, 2024

“Rabitəbank” tender elan edir

®Tenderin adı: “Rabitəbank” ASC tərəfindən “Radio kanallarda reklam yayımı” 

Tenderin son tarixi: 09.10.2024, saat 13:00.

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Qiymət təklifi vergi daxil Azərbaycan manatı ilə göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq)
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Təqdim olunmuş media plana əsasən radio kanallardan yayım planının təsdiqi
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə, zərfin üzərinə aidiyyəti tenderin adı qeyd edilməklə (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir. 

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99451 271 48 48 nömrəsinə müraciət edə bilərlər.

Tenderin tələbləri, şərtləri haqqında ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar: https://rbt.az/rtnd

Son xəbərlər
Digər xəbərlər