9 C
Baku
Sunday, November 17, 2024

Rabitəbank və “Budapest Institute of Banking”in rəhbərləri görüşüb

Macarıstanda rəsmi səfərdə olan “Rabitəbank”ın İdarə Heyətinin Sədri Aydın Hüseynov, səfər zamanı Budapeşt şəhərində yerləşən “Budapest Institute of Banking”in (BIB) İcraçı Direktoru Fábián Gergely ilə görüş keçirilib.

Bankdan daxil olan məlumata görə, görüşdə “Rabitəbank” ilə İnstitut arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi mövzusunda müzakirələr aparılıb. “Rabitəbank”ın işçi heyətinin bankçılıq sahəsində bilik və bacarıqlarının artırılması ilə bağlı danışıqlar keçirilib və əməkdaşlıq memorandumunun imzalanması istiqamətində müzakirələr aparılıb.

Qeyd edək ki, BIB, bank işi və maliyyə üzrə təlimlər təklif edən təhsil institutudur. Təlim kursları çərçivəsində bazar tələblərinə uyğunlaşdırılmış müasir, innovativ və təcrübəyə əsaslanan ambisiyalara nail olunur.

Bundan öncə də bank əməkdaşlarının maliyyə və iqtisadiyyat sahəsində ən müasir biliklərə yiyələnmələri üçün bir çox tədbirlər keçirən “Rabitəbank”ın əsas məqsədlərindən biri əməkdaşlarının çalışdıqları sahə üzrə təcrübələrinə beynəlxalq təcrübələr qatmaqdır.
Aydın Hüseynov həmçinin bildirib ki, bankın yeni strategiyasına əsasən bank, daim işçi heyətinin peşəkar inkişafına yatırımlar edir və bu cür beynəlxalq təcrübələr qazanan ekspertlərimiz müasir biliklərə yiyələnərək sektorda ciddi rəqabət yaradacaq.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər
Digər xəbərlər