®“Rabitəbank” ASC Elektronika məhsullarının satınalınması ilə bağlı tender elan edir.
Tenderin texniki şərtləri, sayları, marka və modelləri haqqında ətraflı məlumat üçün link-ə keçid edə bilərsiniz: https://bit.ly/3YCR2M8
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər əlavə suallarla bağlı ([email protected]) email ünvanına və ya (051-271-48-48) nömrəsinə müraciət edə bilərlər. Təklifinizdə vergi ilə bağlı məlumatı (vergi daxildir və ya vergi xaricdir) qeyd etməyiniz rica edilir.
Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləyərək, aidiyyatı tenderin adını qeyd edib 25.08.2023-ci il, saat 12:00-a kimi “Rabitəbank” ASC-nin (Satınalmalar şöbəsinə) Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərməyiniz xahiş olunur.