11 C
Baku
Monday, November 25, 2024

“Rabitəbank”a gələn yeni iki səhmdarın adları məlum oldu

Bakı Fond Birjasında “Rabitəbank” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 2 insayder əqdi bağlanılıb.

Əqdlərdən biri Bankın hər birinin nominal dəyəri 20,29 manat olan 554 814 ədəd səhminin (11 257 176,06 manatlıq) əldə edilməsini nəzərdə tutur.

Qiymətli kağızları “Azfinance” investisiya şirkətinin vasitəçiliyi ilə Rauf Zeynal oğlu Əliyev əldə edib. Bununla da, onun “Rabitəbank”dakı səhmlərinin sayı 982 266-ya, Bankın nizamnamə kapitalındakı payı isə 22,52%-ə çatıb.

***Eləcə də bax: “Rabitəbank” ili 11 mln. manatdan çox zərərlə tamamlayıb

Xatırladaq ki, R.Zeynalov həm də “Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarıdır. Adı çəkilən sığorta şirkətinin 15%-lik səhmdarı və Direktorlar Şurasının sədri Yaşar Feyzi oğlu Qurbanov da “Rabitəbank”ın səhmdarları sırasındadır.

2-ci insayder əqdi də Bankın 554 814 ədəd səhminin əldə olunması ilə bağlıdır. Həmin səhmləri də “Azfinance” investisiya şirkətinin vasitəçiliyi ilə Validə Maarif qızı Abasova əldə edib. Bununla da, onun “Rabitəbank”dakı səhmlərinin sayı 969 181-ə, Bankın nizamnamə kapitalındakı payı isə 22,22%-ə çatıb.

Xatırladaq ki, Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 88,5 mln. manatdır. Bankın digər səhmdarları Zakir Əlibala oğlu Nuriyev (Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyev, Seyran Əlibala oğlu Nuriyev (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyevadır.


©REPORT

Son xəbərlər
Digər xəbərlər