“Rabitəbank” ASC-yə yeni İcraçı direktor (Mikro kreditlər üzrə) təyin edilib.
Banker.az-ın məlumatına görə, yeni təyin edilən şəxs Zamiq Mədətovdur.
O, Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Maliyyə-kredit sahəsində bakalavr təhsili, həmçinin həmin univeristetin Maliyyə-kredit sahəsində magistr təhsili almışdır.
Mədətov Zamiq 2006-cı ildə əmək fəaliyyətinə “Azərbaycan Mikromaliyyələşdirmə” QSC-də başlamış, (daha sonra bankın adı “AccesBank” QSC olaraq dəyişdirilmişdir) sonra fəaliyyətini 2019-2021-ci illərdə “BTB” Bank ASC-də davam etdirmiş və 11.11.2021-ci il tarixindən isə “Rabitəbank” ASC-də Mikrokreditlər departamentinin direktoru vəzifəsində çalışmışmağa başlamışdır.