11 C
Baku
Monday, November 25, 2024

“Rabitəbank”da 2 yeni vəzifə təyinatı olub

Əməkdaşlarının inkişafına hər zaman önəm verən, bu yöndə geniş şəkildə ixtisasartırma tədbirləri görən “Rabitəbank” ASC, 2 yeni əməkdaşının vəzifə artımı ilə bağlı məlumat paylaşıb.

Bankın Daxili Audit Departamentinin, Müştəri xidməti strukturlarının auditi şöbəsinin rəisi Samir Salmanlı bankın Daxili Audit departamentinin Direktor müavini vəzifəsinə təyin edilib.

Digər təyinat isə daha öncə bankın Biznes Mərkəzi filialında Filial müdiri müavini vəzifəsində çalışan Mahaddin Muradov haqqındadır. M. Mahaddin Rabitəbank-da bundan sonrakı fəaliyyətinə SME kreditləri şöbəsinin Şöbə rəisi olaraq davam edəcək.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər
Digər xəbərlər