10 C
Baku
Thursday, December 12, 2024

Rabitəbankda yeni təyinat

Nihad Tağızadə “Rabitəbank” ASC-də  Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentinin direktoru vəzifəsinə yeni təyinat edilib.

N.Tağızadə Bakı Dövlət Universitetində  “Kompüter elmləri” ixtisası üzrə bakalavr təhsili alıb.  2014-cü ildən 2016-ci il tarixinə kimi ilk əmək fəaliyyətinə qeyri-bank sektorunda başlayan Nihad Tağızadə 2017-ci ildən etibarən bank sektorunda müxtəlif banklarda və müxtəlif vəzifələrdə fəaliyyət göstərməyə başlayıb. Proqram təminatı şöbəsinin Proqramlaşdırma bölməsində mütəxəssis  kimi karyerasına başlayan N.Tağızadə daha sonra həmin departamentin ABİS-in inkişafı bölməsinə keçmiş və həmin şöbə üzrə aparıcı mütəxəssis, böyük mütəxəssis vəzifələrində çalışmışdır. 01.10.2020-ci il tarixindən isə Rəqəmsal həllərin tətbiqi və dəstəklənməsi şöbəsinin müdiri vəzifəsinə kimi yüksəlmişdir. 22.01.2021-ci il tarixindən Marketing və Agile metodologiyanın tətbiqi idarəsinin Agile eskpert mərkəzinin Agile kouç vəzifəsinə təyin edilmiş, 13.07.2021-ci il tarixindən etibarən isə “Rabitəbank” ASC-də Rəqəmsal məhsulların inkişafı şöbəsinin Rəqəmsal məhsulları üzrə meneceri vəzifəsində çalışmışdır. Həmçinin, 01.04.2022-ci il tarixindən etibarən bir sıra banklarda layihənin  inkişafı departamentinin ödənişlər, kart hesablarının artırılması, loyallıq və keşbek istiqamətinin rəhbəri və Rəqəmsal kanallar sahəsinin baş məhsul sahibi olaraq fəailyyət göstərmişdir. 

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər
Digər xəbərlər