8 C
Baku
Monday, February 2, 2026

Rabitəbankda yeni təyinat

Rabitəbankda yeni təyinat olub.

Banker.az xəbər verir ki, Rüstəm İsmailov Bankın Baş Texnologiya İnzibatçısının müşaviri vəzifəsinə təyin edilib.

İnformasiya texnologiyaları və bank sistemləri sahəsində uzunillik beynəlxalq təcrübəyə malik olan Rüstəm İsmailov peşəkar fəaliyyəti boyunca maliyyə texnologiyalarının inkişafı, bank sistemlərinin qurulması və rəqəmsal transformasiya istiqamətlərində mühüm layihələrə rəhbərlik edib.

O, Gürcüstan və Azərbaycanda fəaliyyət göstərən aparıcı maliyyə institutlarında müxtəlif rəhbər vəzifələrdə çalışaraq bank texnologiyalarının modernləşdirilməsinə əhəmiyyətli töhfələr verib. 2018–2023-cü illərdə Bankımızda Bank Proqramları Departamentinin direktoru kimi fəaliyyəti isə Rabitəbankın texnoloji inkişafında mühüm rol oynayıb.

Son xəbərlər
Digər xəbərlər