11 C
Baku
Monday, November 25, 2024

“Rabitəbank”da yeni təyinat olub

“Rabitəbank” ASC-nin Kreditlərin Anderraytinqi departamentinin direktoruna yeni müavin təyin edilib.

Banker.az xəbər verir ki, bu, Məmmədov Azər Tahir oğludur. Məmmədov A.T. bu vəzifəyə 11 noyabr 2021-ci il tarixində təyin edilib.

O, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə Kredit sahəsində bakalavr təhsili almışdır. Təhsilini 2006-2009-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə Kredit fakültəsində magistr təhsili alaraq davam etdirmişdir.

Azər Məmmədov əmək fəaliyyətinə “Azərbaycan Mikromaliyyələşdirmə QSC Bankı”-da Kredit Mütəxəssisi olaraq başlamış və burada Kiçik və Orta Biznes Kreditləri üzrə Aparıcı Kredit Mütəxəssisi vəzifəsinədək yüksəlmişdir. Daha sonra “AccessBank QSC “-nin  Risklərin idarəolunması üzrə Baş Mütəxəssisi, Kiçik və Orta Biznes Kreditləri üzrə Risk Meneceri , Kredit Anderraytinqi üzrə Meneceri kimi fəaliyyətini davam etdirmiş və 2019-cı ilin iyun ayından etibarən isə Anderraytinq Departamentinin Rəhbəri vəzifəsində çalışmışdır.

Son xəbərlər
Digər xəbərlər