12 C
Baku
Monday, November 25, 2024

“Rabitəbank”da yeni təyinat olub – Marketinq bu şəxsə həvalə edilir

“Rabitəbank” ASC-nin Marketinq departamentinin direktoru dəyişdi.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Bankın bundan sonra Marketinq departamentinə Orxan Salayev direktorluq edəcək.

2019-cu ilin martından 2021-ci ilin avqustuna qədər isə bu vəzifədə Ələkbər Eyvazlı idi. Bankdan bildirilir ki, Ə.Eyvazlı Amerikaya köçdüyü üçün bu vəzifədən istefa verib.

İqtisadiyyat sahəsində bakalavr təhsili alan Orxan Salayev Təhsil Nazirliyinin dövlət xətti ilə Pekin Elm və Texnologiya Universitetində Neuromarketinq sahəsində maqistr təhsili alıb. Hal-hazırda o eyni sahə üzrə Çinin top universitetlərindən sayılan Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində doktorantura təhsili alır. Eləcə də Avropa Marketinq Konfederasiyasının dəstəklədiyi Marketinq Klasifikasiyaları çərçivəsində marketinq mütəxəssisi adına layiq görülüb.

O.Salayev 2021-ci ilin fevralından“Azərbaycan Dəmir Yolları” QSC-nin Biznesin inkişafı departamentinde rəis müavini, Azərbaycanın Çindəki Səfirliyində ticarət nümatəndəsi və onun Aparatında marketinq üzrə məsləhətçi, FINCA Azərbaycan QBKT-da Reklam və Təşviqat şöbəsində baş marketinq mütəxəssisi və eləcə də rəis vəzifələrini icra edən, Prezident yanında Strateji Araşdırmalar Mərkəzində Layihə Koordinatoru və s şirkətlərdə analoji sahə üzrə çalışıb.

Son xəbərlər
Digər xəbərlər