6 C
Baku
Sunday, December 15, 2024

Rabitəbankda yeni təyinat – Sədrə müşavir gətirildi

Rabitəbankda İdarə Heyətinin sədrinə Biznesin İnkişafı üzrə müşavir təyin edilib. Sözügedən şəxs Pərviz İbrahimovdur.

Banker.az-ın xəbərinə görə, Pərviz İbrahimov iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə bakalavr təhsili alandan sonra “İstanbul universiteti”ndə “Business management” ixtisası üzrə magistr dərəcəsi alıb.

Accessbank-da 2005-ci ildən mütəxəssis kimi işə başlayıb, baş mütəxəssis, Şimal region filialının, Badamdar filialının müdiri, daha sonra AFB Bankda İdarə Heyəti sədrinin müşaviri kimi çalışıb. 2018-ci ildən etibarən özəl sektora keçid edərək təsisçisi olduğu “İdxalçı sahibkarlarla iş üzrə konsaltinq” şirkətini qurub.

Son xəbərlər
Digər xəbərlər