14 C
Baku
Sunday, November 24, 2024

Rabitəbankda yeni təyinatlar

Rabitəbankda korporativ idarəetmənin gücləndirilməsi məqsədilə yeni təyinatlar olub. Belə ki, Leyla Səlimzadə Komplayens departamentinin direktoru, Elnur Abasov isə Problemli kreditlər departamentinin direktoru təyin ediliblər.  

Leyla Səlimzadə bank sektorunda 20 ilə yaxın təcrübəyə malikdir. Peşəkar karyerasına 2005-ci ildə başlayan L.Səlimzadə müxtəlif banklarda yüksək vəzifələrdə çalışıb. O, Rabitəbank komandasına 2022-ci ilin oktyabr ayından qoşulub və yeni təyinatına qədər bankın Maliyyə monitorinqi şöbəsinin rəisi vəzifəsini icra edib.  

L.Səlimzadə ADİU-nun “Kommersiya” (Əmtəə bazarı və xidmət sahələrində kommersiya) fakültəsində bakalavr, Qərb Universitenin “Kommersiya” (Reklam işi) fakültəsində isə magistr təhsili alıb. 

Elnur Abasov bank setorunda 15 ildən artıq təcrübəyə malikdir. O, Rabitəbanka 2007-ci ilin sonunda qoşulub və bankda müxtəlif vəzifələri icra edib. 2017-ci ildən indiyədək bankın Problemli kreditlər departamentinin direktor müavini kimi çalışıb. 

E.Abasov ADİU-nun “İnformasiyanın işlənməsi və avtomatlaşdırılmış idarəetmə sistemləri” fakültəsi üzrə bakalavr təhsili alıb. 

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

 

Son xəbərlər
Digər xəbərlər