2 C
Baku
Saturday, December 14, 2024

“Rabitəbank”dakı vəzifəsindən gedəcəyini açıqladı

2018-ci ilin yanvar ayında “Rabitəbank” ASC-də Marketinq Departamentinin Direktoru olan Elmir Əliyev vəzifəsindən gedəcək.

Banker.az bu barədə E.Əliyevin özünün yaydığı məlumata istinadən xəbər verir. 

“Bu ay Rabitabank marketinq departmanetinin direktoru olaraq çalışaçağım son aydır. 1 il 3 aydan çox olan bu müddətdə bankda nail olduqlarım və bu naliyyətlərdə mənə dəstək olan komanda haqqında “qısa” yazmaq istədim”, – deyə, E. Əliyev bildirib.

Adıçəkilən şəxs rəqəmsal sahədə konsultasiya fəaliyyətini davam etdirmək səbəbi ilə ayrıldığını bildirib. Həmçinin qazandığı uğurlara görə, öz həmkaralrı barəsində qısa şərh bildirərək onlara təşəkkür: “Yazacaqlarım arasında Rabitəbankın ən önəmli bank məhsulu olan nağd pul krediti üzrə 2018-də portfel artımına görə ölkədə 1-ci olmağı, MDB məkanında ilk tam funksional bank botunu istifadəyə verməsi, mövcud mobile bankinq tətbiqləri arasında ən funksional APP-i necə təqdim edəcəyi haqqında heç nə yoxdur! – Əvəzində bütün bu görünən və hələki tam görünməyən möhtəşəm işlərin arxasındaki insanlar haqqında var – qısa. Hər birini, onları gördüyüm perspektivdən qısa təsvir etməyə çalışıb, bu maraqlı təcrübədə mənimlə bərabər olduqlarına görə təşəkkür etmək istəyirəm.”

Bildirək ki, Elmir Əliyev ötən il departament direktoru Nigar Kərimovanın “Bank VTB (Azərbaycan)” ASC-yə Marketinq, Reklam və Xüsusi layihələr şöbəsinə müdir təyin olunduqdan sonra qeyd edilən vəzifəyə təyin olunmuşdu.

Bundan öncə isə E.Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankı və “GoldenPay” ASC-də çalışıb.

Son xəbərlər
Digər xəbərlər