Cari ilin mayında “Rabitəbank” ASC-yə digər bankdan transfer alan departament direktoru üç ay sonra öz istəyi ilə istefa verib.
Bu barədə Banker.az-a daxil olan məlumatda bu qeyd edilir.
Vəzifəsindən gedən “Rabitəbank”ın Daxili nəzarət departamentinin direktoru Elnur Vəliyevdir.
Elnur Vəliyevin yerinə hələki təyinat yoxdur.
E.Vəliyev, üç ay öncə “Unibank” ASC-dən bu bankda transfer olmuşdu. 2020-ci ilin avqustundan cari ilin mayına qədər “Unibank”ın Risklərin idarəedilməsi departamentinin direktor müavini kimi çalışıb.