“AFB Bank” növbəti “Rabitəbank” ASC-də çalışan şöbə müdrini öz komandasına qatıb.
Banker.az xəbər verir ki, söhbət, 4 ildir “Rabitəbank” ASC-nin şöbə müdiri kimi çalışan Zaur Ələkbərovdan gedir. O, artıq aprel ayından yeni vəzifəsinin icrasına başlayıb.
O, bundan sonra “AFB Bank”da Mikrokreditlər şöbəsi müdiri kimi çalışacaq.
“Rabitəbank”dan “AFB Bank”-a ilk transfer deyil. Buna qədər, “Rabitəbank”da Filialların idarə edilməsi departamentinin direktoru Musa Xudiyev “AFB Bank” sədrinə müşavir, “Rabitəbank”in Keyfiyyətə nəzarət departamentinin direktoru Hafiz İbrahimov “AFB Bank”da Filialların idarəedilməsi departamentinə direktor təyin edilmişdi.
Bundan əlavə digər filial müdri və şöbə müdirləri bu bankı tərk edib, “AFB Bank”a fəaliyyətlərini davam etdirirlər.