“Rabitəbank” müştərilərə göstərilən xidmət səviyyəsinin artırılmasına yönəlmiş daha bir addım atıb. Bankın təsdiq edilmiş strateji planına uyğun olaraq bankda yeni Xidmət Keyfiyyətinə Nəzarət Departamenti yaradılıb. Bəhsikeçən departamentə direktor vəzifəsinə bu sahədə zəngin təcrübəyə malik Şəmi Əliyev təyin olunub.
Şəmi Əliyev 2008-2011-ci illər ərzində Texas A&M University-də (ABŞ) MBA üzrə təhsil alıb. Ardınca International Bank of Commerce-də (San Antonio) “fraud analyst”, daha sonra isə JP Morgan Chase Bankında risk əməliyyatları üzrə mütəxəssis kimi çalışıb. Dəmir Bank, Expressbank və Yelo Bankda xidmət keyfiyyətinin yaxşılaşdırılması, proseslərin optimallaşdırılması və müştəri təcrübəsinin öyrənilməsi istiqamətində rəhbər vəzifələrdə çalışmışdır.
“Şəmi Əliyev xaricdə topladığı peşəkar bilik və təcrübəsini ölkənin bir neçə qabaqcıl bankında uğurla tətbiq edib.
İnanırıq ki, Şəmi Əliyev və onun komandası “Rabitəbank” ilə müştərilər arasında olan rabitəni daha da gücləndirəcək.
Keyfiyyətli xidmət almaq hər bir müştərinin haqqıdır və “Rabitəbank” sizə məhz bu cür xidmət edir.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.