“Rabitəbank” ASC-nin cari ilin əvvəlində əlində olan 54 milyon 753 min manatlıq ticarət və investisiya qiymətli kağızları son 3 ayda kəskin şəkildə azalıb.
Banker.az bu barədə Bankın 31 mart 2020-ci il tarixinə açıqladığı maliyyə hesabatında deyilir.
Hesabata görə, qiymətli kağızlar portfeli 15 milyon 830 min manat təşkil edib, bu da rübün əvvəli ilə müqayisədə 3,5 dəfə azalma olması deməkdir.
Oxşar yazı – Rabitəbank-dan depozitlər geri çəkilib, bəzi borcları artıb: 2020-yə kiçilmə ilə start verir
Aktivlərində olan digər azalma isə bankın əmlakı olub. Belə ki, 1 aprel 2020-ci il tarxinə “Rabitəbank”ın əmlakının həcmi 20 milyon 29 min manat təşkil edib. Bu rübün əvvəli 20 milyon 269 min manat təşkil edirdi.