“Rabitəbank” ASC müşahidə şurasının 3 noyabr 2023-cü il tarixli 84 nömrəli qərarına əsasən, 2023-cü il dekabrın 28-i saat 17.00-da bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Bankın 2024-cü il üzrə büdcə parametrlərinin təsdiqi.
Yığıncağın keçiriləcəyi ünvan- Bakı şəhəri, 28 May küçəsi 33.