“Rabitəbank” ASC-nin ötən il rəhbərliyinin yenilənməsi ilə maliyyə nəitcələrində də bir sıra nəticələr əldə olundu. Xalis mənfəət artdı, aktivlər isə tarixində ilk dəfə olaraq milyrad manatı adladı.
Banker.az bu barədə bankın illik maliyyə nəticələrinə istinadən xəbər verir.
2021-ci il ərzində bank faiz gəlirləri illik müqayisədə 7.86 mln. manat, yaxud 17% artımla 54.03 milyon manata yüksəlib. Faiz xərcləri 14.22 mln. manat ( illik müqayisə: 22.9% artım), qeyri-faiz gəlirləri 29.56 mln. manat (2 dəfədən çox), qeyri-faiz xərcləri isə 50.6 mln. manat (65.7% çox) olmuşdur. Hesabat ili ərzində “Rabitəbank”ın əməliyyatı 18.77 mln. manat mənfəətlə tamamlanmış, 15.05 mln. manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar ayırmalar etmişdir.
Beləliklə, bank 2.73 milyon manat xalis mənfəət əldə etməklə, balansındakı illərin yığılmış zərərini 10.47 mln. manatdan 8.81 mln. manata qədər azaldıb.
BALANSI
“Rabitəbank” ASC-nin aktivləri tarixində ilk dəfə olaraq 1 mlrd. manatı ötüb. 1 yanvar 2021-ci il tarixinə 1 milyard 017.87 milyon manat aktivlərə sahib olmuş ki, illik müqayisədə 23% artım dinamikasıdır.
Bank aktivlərində artımı dəstəkləyən nağd pul vəsaitlərinin ötən il ərzində 151.15 mln. manat, yaxud 59% artımla 408.57 mln. manata çatmasıdır.
Aktivlərdə digər müsbət dinamika isə kredit portfelində müşahidə edilir. Müştərilərə verdiyi kredit portfelinin həcmi son ildə 50.63 mln. manat (12%) yüksəlişlə 473.96 mln. manata çatıb. Kredit portfelinin 149.16 mln. manatı istehlak, 241.84 mln. manatı biznes və 82.96 mln. manatı isə ipoteka kreditləri təşkil edib.
Depozitlərin həcmi də artıb. Məsələn, son ildə bankın depozit portfeli 546.17 mln. manatdan 724.68 mln. manata yüksəlib ki, bu da 33%-lik müsbət dinamikadır. Depozitlərin 254.84 mln. manatı fiziki və 469.85 mln. manatı isə hüquqi şəxslərə məxsusdur.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.
Bankın səhmlərinin 40.6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı, Müşahidə Şurasının üzvü), 30 %-i Validə Abbasovaya, 11.48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9.11 %-i Dilarə Nuriyevaya, 7.6 %-i Seyran Nuriyevə (Bankın Baş direktoru), 1.07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0.14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.
3 may 2021-ci il tarixindən etibarən bankın İdarə Heyətinə sədrlik vəzifəsi Aydın Hüseynova tapşırılıb.