Bakı Fond Birjasında (BFB) “Rabitəbank” ASC-nin səhmlərinin alqı-satqısı ilə bağlı daha bir əqd bağlanılıb.
BFB-yə istinadən, ədq Bankın hər birinin nominal dəyəri 20,29 manat olan 427 452 ədəd səhminin (8,673 mln. manatlıq) təkrar bazarda realizə edilməsini nəzərdə tutur.
Bu, bankın səhmlərinin təxminən 9,8%-i deməkdir. Birja əqd bağlayan tərəflər barədə məlumatı açıqlamayıb.
Xatırladaq ki, “Rabitəbank”ın səhmlərinin “əl dəyişdirməsi” ilə bağlı bundan əvvəlki əqd ötən gün bağlanılıb. Nəticədə Bankın hər birinin nominal dəyəri 20,29 manat olan 414 367 ədəd səhmi (8,408 mln. manatlıq, 9,5%-lik paket) kənar investora satılıb.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 88,5 mln. manatdır. Bankın səhmdarları Zakir Əlibala oğlu Nuriyev (Bankın Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyev, Seyran Əlibala oğlu Nuriyev (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyeva, Yaşar Feyzi oğlu Qurbanov (“Meqa Sığorta” ASC-nin 15%-lik səhmdarı) və digər fiziki şəxslərdir.