16 C
Baku
Saturday, November 2, 2024

“Rabitəbank” fond bazarından illik 9.5 faizlə 10 mln. manatlıq vəsait cəlb edir

18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Rabitəbank” ASC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Banker.az-a BFB-dən məlumat verilir.

15 may 2024-cü il tarixində Bakı Fond Birjasında “Rabitəbank” ASC-nin istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2005003556

İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar

İstiqrazların sayı: 100 000 (ədəd)

Nominal Dəyəri: 100 manat

İllik faiz dərəcəsi: 9.50%

Ödəmə periodu: Hər 3 (təqvim) aydan bir. (İl 360 gün, ay 30 gün)

Hərrac tarixi: 15.05.2024

Tədavül müddəti: 2 il

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.

Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11 %-i Dilarə Nuriyevaya, 7,6 %-i Seyran Nuriyevə (Bankın Baş direktoru), 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər