“Rabitəbank” ASC-nin 100% pay sahibi olduğu “Kapital Partners” MMC yenidən təşkil olunub.
Banker.az-ın xəbərinə görə, şirkət bundan sonra “Capital Partners İnvestisiya Şirkəti” QSC kimi dövlət qeydiyyatına alınıb.
İnvestisiya şirkətinin direktoru kimi “Rabitəbank”ın Maliyyə xidməti istehlakçılarının müraciətləri ilə iş şöbəsinin müdiri olan İbrahim Mikayılov olacaq.
“Capital Partners İnvestisiya Şirkəti” hazırda rəsmi olaraq 80 000 manat nizamnamə kapitalına sahibdir. Şirkət cəmi 80 manat nizamnamə kapitalı ilə yaradılmışdı. Bir neçə gü öncə “Rabitəbank” tərəfindən verilən açıqlamada nizamnamə kapitalının 75 min manat olacağı bildirilirdi.
Hazırda Azərbaycanda 10 investisiya şirkəti Mərkəzi Bankın müvafiq lisenziyasına malikdir. Bunlar “ABB-İnvest”, “Azfinance”, “BTB Kapital”, “Xalq Kapital”, “İnvest-AZ”, “MFX-Trading”, “PAŞA Kapital”, “Plato Capital and Co”, “PSG Kapital” və “Unicapital” investisiya şirkətləridir.