14 C
Baku
Sunday, November 24, 2024

“Rabitəbank”ın istiqrazlarının faizləri hədəflənən səviyyədən yuxarı ticarət edilib

15 may 2024-cü il tarixində Bakı Fond Birjasında “Rabitəbank” ASC-nin AZ2005003556, dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 10 milyon manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının tədavül müddəti 2 il , nominal dəyəri 100 manat olan, rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi yekunlaşıb.

Banker.az-a BFB-dən daxil olan məlumata əsasən, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 98.0408 (10.5999%) manat və 100.0000 (9.5%) manat olan 7 sifariş təqdim edilib.

İstiqrazların illik faiz dərəcəsi 9.5%, faiz ödəniş dövrü isə hər 3 (təqvim) aydan bir (İl 360 gün, ay 30 gün) təşkil edib.

İstiqrazların kəsmə qiyməti 98.0408 (10.5999%) manat, orta ölçülmüş qiyməti isə 99.4741 (9.7927%) manat müəyyən edilib. Adətən tələb aşağı olduqda emitet daha cəlbedici olması üçün faizləri yüksəldərək investorların “iştahını” gücləndirir. Tələbin istənilən səviyyədən bir qədər aşağı olması hədəflənən 9.5%-dən yuxarı orta faizlə istiqrazlar cəlb edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği və stiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi10 000 000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 15 may 2026-cı ildir.

Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC olub.

Son xəbərlər
Digər xəbərlər