13 C
Baku
Saturday, November 23, 2024

Rabitəbankın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

®15 may 2024-cü il tarixində Bakı Fond Birjasında “Rabitəbank” ASC-nin “Yaşıl” istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Belə ki, 18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Rabitəbank” ASC-nin ümumi dəyəri 10,000,000 (on milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

 İstiqrazlar üzrə məlumatlar:

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Nominal Dəyəri İllik faiz dərəcəsi Ödəmə periodu

Hərrac tarixi

Tədavül

müddəti

AZ2005003556 Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar 100 000

(ədəd)

100 manat 9.5% Hər 3 (təqvim) aydan bir. (İl 360 gün, ay 30 gün) 15.05.2024 2 il

 

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib. 

Son xəbərlər
Digər xəbərlər