17 C
Baku
Thursday, October 16, 2025

“Rabitəbank”ın kredit portfeli üçünü rübün sonuna 1 mlrd. manata çatıb

“Rabitəbank” ASC-nin 2025-ci ilin 30 sentyabr tarixinə maliyyə vəziyyəti haqqında hesabatına əsasən, bankın aktivləri ilin əvvəlindən 13.2% artaraq 1 milyard 307.3 milyon manata yüksəlib. Halbuki, 2024-cü ilin sonuna — 1 milyard 154.5 milyon manat olmuşdu.

Banker.az bunu Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Artımın əsas səbəbi bankın kredit portfelinin genişlənməsi olub. Müştərilərə verilmiş kreditlər 953.2 milyon manata çataraq illik müqayisədə 12.4% artım nümayiş etdirib. Xalis kredit portfeli (ehtiyatlar çıxıldıqdan sonra) 824.6 milyon manatdan 922.1 milyon manata yüksəlib — bu da 11.8%-lik artım deməkdir.

Kreditlərin strukturu üzrə istehlak kreditləri 16.5%, biznes kreditləri 8%, ipoteka kreditləri isə 15.8% artıb. Banklar və digər maliyyə institutlarına verilən kreditlər də 30.2 milyon manatdan 86.8 milyon manata qalxaraq 2.9 dəfə böyüyüb.

Nağd vəsaitlər və ekvivalentləri 19.9% artaraq 119.7 milyon manata çatıb.

Öhdəliklər dövr ərzində 13.9% artaraq 1 milyard 174.9 milyon manata yüksəlib. Bunun əsas hissəsini — 792.9 milyon manatı — depozitlər təşkil edir. Fiziki şəxslərin depozitləri 19.2%, hüquqi şəxslərin depozitləri isə 12.5% artıb.

Bankın kapitalı 7.7% artaraq 132.4 milyon manata çatıb. Bölüşdürülməmiş mənfəət 9.1 milyon manatdan 17.8 milyon manata yüksəlib.

2025-ci ilin 9 ayı ərzində Rabitəbank 13 milyon 249 min manat xalis mənfəət əldə edib.

3423

Son xəbərlər
Digər xəbərlər