“Rabitəbank” 2022-ci ilin 1-ci rübünü 5 milyon 73 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 3 milyon 495 min manat təşkil edib ki, bu da illik müqayisədə 45.2% çoxdur.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
Yanvar-mart aylarında “Rabitəbank”ın gəlirləri 25 milyon 528 min manat (əvvəlki ilə nisbətən 38% çox), xərcləri isə 19 milyon 830 min manat olub.
KREDİT PORTFELİ BÖYÜYÜB
Bu ilin aprelin 1-nə bankın aktivləri 902 milyon 783 min manat olub ki, bunun da 502 milyon 980 min manatı müştərilərə verilmiş kreditlərdir. Beləliklə, illik müqayisədə bankın kredit portfeli 6% böyüyüb.
KAPİTALI ARTIB
“Rabitəbank”ın 1-ci rübdə öhdəlikləri 13% azalaraq 798 milyon 574 min manat, kapitalı isə 5% artaraq 104 milyon 209 min manata çatıb.