10 C
Baku
Thursday, December 12, 2024

“Rabitəbank”ın maliyyə durumu məlum oldu

“Rabitəbank” ASC-nin (haqqındacəmi aktivləri son 3 ay ərzində 56,33 mln. manat, yəni, 8% azalaraq 656,16 mln. manata düşüb.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2018-ci ilin III rübünə olan hesabatında deyilir.

Cəmi aktivlərdə azalmasına rəğmən, kredit portfelinin həcmi 292,02 mln. manat olmaqla  son 3 ayda 11% artması deməkdir.

Cəmi öhdəlikləri son 3 ay ərzində 9% kiçilərək 569,17 mln. manata düşüb ki, bunun 70,12 mln manatı maliyyə qurumlarında banka uzunmüddətli yatırlamalar, 277,95 mln manatı müştəri hesabları, 212,45 mln. manata qədəri müştərilər tərəfindən banka yerləşdirilən əmanətlərdir.

Bankla bağlı müsbət məqam kimi bu faktı qeyd etməliyik ki, ötən ilin anoloji dövrü ilə müqayisədə faiz gəlirləri 42% artmaqla 26,18 mln. manat təşkil edib ki bunun da 16,07 mln manatı xalis faiz gəliri olub. Əlavə olaraq, bank xalis qeyri-faiz gəlirlər 1,95 mln. manat  olmaqla ümümi əməliyyat gəliri 18,02 mln. manata çatıb. Lakin, 11,64 mln. manatlıq inzibati və 5,99 mln manatlıq ehtiyyata ayırma 3 rübü cəmi 476 min manatlıq xalis mənfəətlə bitirməsinə səbəb olub

Qeyd edək ki, bankın cəmi kapitalında hazırda 21,36 mln. manatlıq illərdir yığılıb qalan zərər var.

 

Son xəbərlər
Digər xəbərlər