23 C
Baku
Thursday, June 12, 2025

“Rabitəbank”ın səhmdarlarında pay bölgüsü dəyişib

“Rabitəbank” ASC-nin səhmdarından biri səhmlərini tam şəkildə digər ikinci ən böyük səhmdara satıb.

Banker.az-ın əldə etdiyi xəbərə görə, Seyran Nuriyev Əlibaba oğlunun 14 milyon 807 min manatlıq və ya 14.51 faizlik payı Validə Abbasova Maarif qızına ötürülüb.

Bununla da, Validə Abbasovanın bankın ümumi nizamnamə kapitalındakı 20.13 faizlik payı 34.64 faizə yüksəlib.

Bankın səhmlərinin əsas hissəsi -40.6 faizi Rauf Əliyevə, qalan 14.44 faizi Zakir Nuriyeva (Müşahidə Şurasının sədri), 9.11 faizi Dilarə Nuriyevaya, 1.07 faizi Aslan Xasıyeva və qalan 0.14 faizi digər şəxslərə məxsusdur.

Xatırladaq ki, “Rabitəbank” ASC 102.05 milyon manat nizamnamə kapitalı var. Hazırda səhmdarlar bunlardır, %:

  • Rauf Əliyev — 40.60
  • Validə Abasova — 34.64
  • Zakir Nuriyev — 14.44
  • Dilarə Nuriyeva — 9.11
  • Aslan Xasıyev — 1.07
  • Digər — 0.14
Son xəbərlər
Digər xəbərlər