Problemli bankın departamentinin müdiri “Rabitabank”da problemli kreditlərlə məşğul olacaq.
“Rabitabank” ASC-də kadr dəyişikliyi olub.
Bankdan verilən məlumata görə, bankın problemli kreditlər departamentinin direktoru Kərimov Şakir İlham oğlu vəzifəsi ilə vidalaşmalı olub.
Onun yerinə bu vəzifəyə Cavadov Habil Azad oğlu təyin edilib.
Qeyd edək ki, bunadək H. Cavadov “Bank Technique” ASC-nin Hüquq və idarəetmə orqanları ilə iş Departamentinin Direktoru vəzifəsində çalışıb.
O, 1975-ci ilin yanvarın 28-də Bakı şəhərində anadan olub.
2003-2012-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankında Nəsimi filialının hüquqşünası vəzifəsindən ABB-nin Hüquq departamentinin Məhkəmə işləri şöbəsinin baş hüquqşünası vəzifəsinədək yüksəlib. 2012-ci ilin iyun ayından “Bank Technique” ASC-də çalışır və hazırda Hüquq və idarəetmə orqanları ilə iş departamentinin direktoru vəzifəsini tutur.
Ailəlidir, 2 övladı var.
APA