15 fevral 2014-cü il tarixindən etibarən “Rabitabank” ASC “Zolotaya Korona” Təcili Pul Köçürmə sistemi üzrə xidmət göstərməyəcək. Belə bir qərar bankın «Zolotaya Korona» sistemi vasitəsilə həyata keçirdiyi əməliyyatların aşağı gəlirliliyi və əməkdaşlıq səmərəliliyinin az olması ilə bağlıdır.
Оnuda qeyd edək ki, “Rabitəbank” ASC əhaliyə dünyanın istənilən nöqtəsinə pul köçürmələri üzrə müxtəlif növ xidmətləri təklif edir. Siz təcili pul köçürmə sistemləri vasitəsi ilə vəsait köçürə və ala bilərsiniz Western Union, Contact, Bıstraya Poçta, Blizko, Lider, Monex, Caspian Money Transfer, İBA Express.